Starlink mübahisəsində yeni detal: Mask nəyi bilmir?

Starlink mübahisəsində yeni detal: Mask nəyi bilmir?
25.10.2026 10:37 Dünya

Ukrayna İlon Maskın “Starlink”dən istifadə şərtlərinin pozulması ilə bağlı iddialarını təkzib edib.

TodayPress TV xəbər verir ki, Ukrayna Prezidentinin müdafiə texnologiyalarının inkişafı üzrə müşaviri Sergey Beskrestnov (Fleş) məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin qışından etibarən Ukrayna ərazisində, o cümlədən işğal altında olan bölgələrdə bütün “Starlink” terminalları üçün hərəkət sürəti 70-90 km/saatla məhdudlaşdırılıb. Rusiya ərazisində isə “Starlink” ümumiyyətlə işləmir.

Beskrestnov vurğulayıb ki, bu məhdudiyyətlər səbəbindən Ukraynanın “Starlink”in kommersiya paketindən orta və uzaq mənzilli zərbələr üçün istifadə etməsi texniki baxımdan mümkün deyil.

“İlon Maskın Ukraynada “Starlink”in fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərdən xəbərsiz olması çox qəribədir”, – deyə müşavir bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər