Azərbaycan cüdoçularından Avropada növbəti uğur - Medalların sayı artır
Portuqaliyanın Portiman şəhərində keçirilən veteranlar arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan millisinin medal sayı dördə çatıb.
TodayPress TV xəbər verir ki, M2 yaş kateqoriyasında 100 kq çəki dərəcəsində mübarizə aparan Elçin Məmmədov bürünc medal qazanıb.
Azərbaycan təmsilçisi üçüncü yer uğrunda görüşdə almaniyalı Saşa Mixalskini məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bununla da Azərbaycan cüdoçularının qitə birinciliyində qazandıqları medalların sayı dördə çatıb.
Daha əvvəl Fərhad Rəcəbli (M8, 90 kq) qızıl, Elşən Kərimov (M4, 60 kq) və Babək Hacıyev (M5, 60 kq) isə gümüş medala sahib çıxıblar.