İsrail ordusu hərəkətə keçdi: 2 min nəfər evindən didərgin düşdü

İsrail ordusu hərəkətə keçdi: 2 min nəfər evindən didərgin düşdü
25.10.2026 10:11 Dünya

İordan çayının qərb sahilində İsrail ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində təxminən 2 min fələstinli evini tərk etmək məcburiyyətində qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats “Kan” dövlət televiziyasına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, iki israilli hərbçinin həlak olmasından sonra Hebron şəhərində başladılan əməliyyat nəticəsində təxminən 2 min sakin yaşadığı ərazidən köçürülüb.

“Təxminən 2 min nəfər köçürülüb. Hazırda həmin ərazidə xüsusi seçilmiş hərbi bölmələr fəaliyyət göstərir”, – deyə Kats bildirib.

O əlavə edib ki, İsrail ordusu Hebronda HƏMAS-la əlaqəli bütün təhlükələri aradan qaldırana qədər fələstinlilərin yaşadıqları ərazilərə qayıtmasına icazə verilməyəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər