Dünya üç yerə bölünə bilər - ŞOK SSENARİ

Dünya üç yerə bölünə bilər - ŞOK SSENARİ
25.10.2026 12:15 Dünya

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin dünyanı üç böyük dövlətin təsir dairələrinə bölə bilərlər.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, gələn ay Çində üç liderin iştirakı ilə üçtərəfli sammit keçirilə bilər. Belə bir görüş dünyanın üç böyük güc arasında təsir dairələrinə bölünməsini nəzərdə tutan yeni dünya nizamı ideyasını gücləndirə bilər.

Bildirilir ki, bu prosesin nəticələri təkcə Ukrayna ilə məhdudlaşmaya bilər. ABŞ Rusiyadan gələn təhlükələr fonunda Avropadakı müttəfiqlərinə dəstəyini azaldarsa, bütün qitə üçün təhlükəsizlik riskləri arta bilər.

Eyni zamanda, Vaşinqtonun Asiyadakı təhlükəsizlik zəmanətlərini zəiflətməsi Tayvan, Cənubi Koreya, Yaponiya və Avstraliya üçün əlavə təhdidlər yarada bilər.

Nəşr hesab edir ki, mümkün üçtərəfli görüş beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərin başlanğıcı ola bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər