Tuskdan Zelenskiyə: “Gərginliyi sən yaratdın”

Tuskdan Zelenskiyə: “Gərginliyi sən yaratdın”
03.07.2026 18:07 Dünya

Polşanın baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edərək, Kiyevi Polşa-Ukrayna münasibətlərində yaranmış gərginliyi azaltmağa çağırıb.

TodayPress TV xəbər verir ki, Tuskun sözlərinə görə, gərginliyin yaranmasına Zelenskinin “lazımsız qərarı” səbəb olub. Onun sözlərinə görə, Ukrayna prezidentinin əsas vəzifəsi münasibətlərdəki gərginliyi azaltmaq üçün çıxış yolu tapmaqdır və daxili dəstəyi artırmaq məqsədilə Polşa ilə qarşıdurmanı dərinləşdirmək ən yanlış addım olardı.

Baş nazir əlavə edib ki, hazırkı vəziyyətdə Polşa ilə münasibətlərdə gərginliyin azaldılması üçün təşəbbüs məhz Kiyevdən gəlməlidir.

Bundan başqa, Tusk Polşa nümayəndə heyətinə iyulun 7–8-də keçiriləcək NATO sammiti zamanı Ukraynaya yeni maliyyə dəstəyi ilə bağlı heç bir vəd verməməyi tövsiyə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər