Deniz Göktaş hava limanında saxlanıldı

Deniz Göktaş hava limanında saxlanıldı
02.07.2026 14:19 Dünya

Türkiyədə gənc komediyaçı Deniz Göktaş saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist İsmail Arı məlumat yayıb.

O bildirib ki, D. Göktaş xaricdən qayıdarkən hava limanında saxlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl Göktaş haqqında “dini dəyərlərin təhqir olunması” iddiası ilə istintaq başladılıb.

Onun “Youtube”da yayımladığı “Ölü dəniz” adlı “Stand-up” şousu ölkədə qalmaqala səbəb olmuşdu. Göktaş satirik formada tənqid etdiyi mövzulara görə qısa müddət ərzində ölkənin əsas gündəminə çevrilmişdi.

Araşdırma başladılmadan bir müddət əvvəl D. Göktaşın xaricə “qaçdığı” iddia olunsa da, o, sosial media vasitəsilə bu iddianı yalanlamış və istirahət məqsədilə müvəqqəti olaraq xaricdə olduğunu bildirmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər