Türkiyəli müğənni saxlanıldı

Türkiyəli müğənni saxlanıldı
20.01.2026 12:49 Dünya

Türkiyədə İstanbul Respublika Prokurorluğunun məşhurlara yönəlmiş narkotiklərlə bağlı istintaqı çərçivəsində daha bir neçə tanınmış sima saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Saxlanılan 7 şübhəli arasında "YouTube" platformasında məşhurlaşan müğənni Bilal Hancı da yer alır.

Əməliyyat çərçivəsində saxlanılan digər şəxslər arasında tanınmış jurnalist, şou-biznes sahəsi üzrə müxbir Mehmet Üstündağ da yer alır.

Saxlanılma qərarı verilmiş digər 3 şübhəlinin isə ölkə xaricində olduğu müəyyən edilib.



XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər