Türkiyədə bu məşhurlar saxlanıldı
Türkiyədə narkotik istintaqı çərçivəsində tanınmış müğənni Kənan Doğulu və onun aktrisa həyat yoldaşı Beren Saat da daxil olmaqla, daha 22 nəfər saxlanılıb.
TodayPress TV xəbər verir ki, saxlanılan şəxslər arasında Enis Arıkan, Berdan Mardini və Kərimcan Durmaz da var.
Saxlanılanların sayının arta biləcəyi bildirilir.
Tibbi müayinəsindən keçirilən məşhurlar ifadələrinin alınması üçün İstanbul Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinə aparılıb.