Türkiyədə güclü zəlzələ baş verdi

Dünya

22.04.2026 19:30

Türkiyənin Ağrı vilayətinin Patnos rayonunda 4,3 büyüklüyündə zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında məlumat yayılıb.

Bildirilib ki, saat 17:17-də (Bakı vaxtı ilə 18:17) episentri Ağrının Patnos rayonu olan 4,3 ballıq yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin 13,43 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

TodayPress TV

tag: Türkiyə,Zəlzələ,Güclü,Ağrı,TodayPress TV,