Türkiyə və Rusiya liderləri bir araya gəlir: Nələr müzakirə ediləcək?
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də keçiriləcək görüşdə Ukrayna nizamlanması məsələsini müzakirə edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbət planlaşdırılıb. Burada da müzakirə ediləcək çoxlu mövzu var, o cümlədən, Qara dəniz hövzəsindəki vəziyyət. Ümumiyyətlə, Ukrayna mövzusu müzakirə olunacaq. Bundan əlavə, əlbəttə ki, ticarət-iqtisadi sahədə ikitərəfli tərəfdaşlıq məsələləri də müzakirə ediləcək”, - deyə Uşakov vurğulayıb.
Aysel Mətləb