Türkiyə Şimali Kiprə qırıcı təyyarə yerləşdirir
Türkiyə Şimali Kipr Türk Respublikasına (ŞKTR) altı “F-16” qırıcı təyyarəsi göndərəcək.
TodayPress TV xəbər verir ki, bu barədə " Cumhuriyet" qəzeti ŞKTR Mülki Aviasiya İdarəsinin rəis müavini Aşkın Meşeliyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təhlükəsizlik səbəbi ilə döyüş təyyarələri 9 mart səhəri Şimali Kiprə köçürüləcək. Bildirilib ki, bu, mülki uçuşlara təsir etməməlidir.
Xatırladaq ki, martın 7-də Türkiyə Müdafiə Nazirliyindəki mənbələr Şimali Kipr Türk Respublikasına “F-16” təyyarələrinin yerləşdirilməsinin mümkünlüyünü bildiriblər.
Aysel Mətləb