Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 yerləşdirdi

Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 yerləşdirdi
09.03.2026 11:30 Dünya

Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu addım regionda baş verən son hadisələr kontekstində Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə atılıb:

"6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasında yerləşdirilib. Hadisələrin gedişatına uyğun olaraq ehtiyac yarandığı təqdirdə əlavə tədbirlərin görülməsinə davam ediləcək".

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər