Türkiyə Prezidenti venesuelalı həmkarı ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Delsi Rodrigez ilə görüşüb.
TodayPress TV xəbər verir ki, Rodrigez Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.
Türkiyə lideri Venesuelalı həmkarı ilə Prezident Aparatının Dolmabağça ofisində bir araya gəlib.
Görüşdə Türkiyə tərəfindən vitse-prezident Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömer Bolat, Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş Müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Aysel Mətləb