Türkiyə İrandan Naxçıvana PUA hücumunu pislədi

Türkiyə İrandan Naxçıvana PUA hücumunu pislədi
05.03.2026 17:56 Dünya

Türkiyə Xarici İşlər Nazirliyi İrandan Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə edilən hücumla bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, rəsmi Türkiyə bu hadisəni qətiyyətlə pislədiyini və Azərbaycana dəstəyinin davam edəcəyini bildirib.

Bəyanatda qeyd olunub ki, Naxçıvana qarşı həyata keçirilən PUA hücumları bölgədə gərginliyi artırır və münaqişənin üçüncü ölkələrə yayılması riskini yüksəldir. Ankara bu cür hücumların dərhal dayandırılmalı olduğunu vurğulayıb.

“Türkiyə hər zaman olduğu kimi bundan sonra da Azərbaycanla birgə dayanmağa davam edəcək”, – deyə bəyanatda bildirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər