Türkiyə insanların sərhədi keçməsi ilə bağlı iddiaları təkzib etdi
Dünya
28.02.2026 15:19
Türkiyə regionda baş verən hadisələr fonunda İran vətəndaşlarının Türkiyə sərhədini qanunsuz keçməsi ilə bağlı iddiaları təkzib edib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat verib.
“Bəzi sosial media platformalarında insanların İran sərhədindən qanunsuz olaraq Türkiyəyə daxil olduqları iddia edilən şəkillər dezinformasiyadır. Bunlar köhnə fotoşəkillər kimi müəyyən edilib, naməlum vaxtda və yerdə çəkilib. Onlar bölgədəki son hadisələrdən sonra qəsdən yayılıb. Onları Türkiyə sərhədi ilə əlaqələndirən konkret dəlil yoxdur”, - deyə bildirilib.
Həmçinin qeyd olunub ki, Türkiyənin sərhəd təhlükəsizliyi çoxsəviyyəli nəzarət və müşahidə sistemi vasitəsilə gecə-gündüz təmin edilir.
Aysel Mətləb
tag: Türkiyə,İran,Sərhəd,Təkzib,
