Türkiyə dezinformasiyalara qarşı reaksiya verdi
Dünya
07.03.2026 21:40
"Türkiyə və Azərbaycan təkcə bu gün deyil, keçmişdə də dəfələrlə üzləşdiyi sınaqlardan uğurla çıxıb”.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bəyanat yayıb.
Açıqlamada Türkiyə-Azərbaycan münasibətləri, eləcə də sosial media və bəzi platformalarda Azərbaycana qarşı yönəlmiş tənqid, dezinformasiya və provokasiya xarakterli paylaşımlarla bağlı verilən bəyanatda bunlar qeyd olunub:
"Son günlər bölgəmizdə baş verən hadisələrlə əlaqədar olaraq, başda sosial media olmaqla bəzi platformalarda Türkiyə-Azərbaycan münasibətlərinə və Azərbaycana qarşı məqsədini aşan tənqid, dezinformasiya və provokasiya xarakterli paylaşımların edildiyi müşahidə olunur. Sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan, təkcə bu gün deyil, keçmişdə də dəfələrlə qarşılaşdığı sınaqlardan uğurla çıxıb.
Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin liderlər səviyyəsində rəhbərlik etdiyi ikitərəfli münasibətlər bütün səviyyələrdə “Bir Millət, İki Dövlət” şüarı ilə həyata keçirilir. İctimaiyyətdən bu qardaşlığa xələl gətirə biləcək məqsədli çıxışlara, dezinformasiyalara və qara piar fəaliyyətlərinə qarşı daha həssas olması, kritik məsələlərdə Türkiyə və Azərbaycan rəsmi qurumları tərəfindən verilən bəyanatları nəzərə alması xahiş olunur”.

Aysel Mətləb
tag: Türkiyə,Azərbaycan,Dezinformasiya,Tənqid,TodayPress TV,
