Türkiyə AEBA-nın Suriya ilə bağlı qərarını alqışladı

Türkiyə AEBA-nın Suriya ilə bağlı qərarını alqışladı
10.09.2026 21:10 Dünya

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Suriya ilə bağlı qəbul etdiyi qərarı müsbət qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Türkiyə XİN AEBA-nın sentyabrın 9-da keçirilən İdarə Heyətinin iclasında Suriyanın nüvə məsələsinə dair işinin bağlanması ilə bağlı konsensus əsasında qəbul etdiyi qərara müsbət münasibət bildirib.

“Suriyanı Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) üzrə öhdəliklərinə sadiqliyinə, AEBA ilə apardığı sıx əməkdaşlığa və əvvəlki rejim dövründəki fəaliyyətlərlə bağlı nümayiş etdirdiyi şəffaflığa görə təqdir edirik. Bu fürsətdən istifadə edərək Suriyaya dəstəyimizin bütün müvafiq platformalarda davam edəcəyini vurğulayırıq”, – deyə açıqlamada qeyd olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər