Trampın Venesuelaya zərbə endirmək fikri yoxdur

Trampın Venesuelaya zərbə endirmək fikri yoxdur
01.11.2025 12:00 Dünya

ABŞ prezidenti Donald Trampın Venesuelaya zərbə endirmək planı yoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə yerli KİV yazıb. 

Trampdan belə zərbələrin endirməyinin planlaşdırıldığını soruşduqda o, "xeyr" cavabını verib.

Qeyd edək ki, cümə günü səhər saatlarında “Miami Herald” öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ yaxın saatlarda və ya günlərdə Venesueladakı hədəflərə hava zərbələri endirə bilər.

Sentyabr və oktyabr aylarında isə ABŞ Venesuela sahillərində narkotik daşıdığı iddia edilən qayıqları məhv etmək üçün öz hərbi qüvvələrindən dəfələrlə istifadə edib.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər