Trampın tədbirində atəş açıldı: Modidən ilk reaksiya

Dünya

26.04.2026 10:59

ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən tədbir zamanı baş verən atışma beynəlxalq diqqət çəkib. Hadisə ilə bağlı Hindistanın Baş naziri Narendra Modi dərhal reaksiya verib.

TodayPress TV xəbər verir ki, Modi özünün "X" hesabında paylaşım edərək Donald Trump, birinci xanım Melaniya Tramp və vitse-prezident Cey Di Vensin təhlükəsiz olduqlarını öyrəndikdən sonra rahatlıq hiss etdiyini bildirib.

O, onların sağlamlığı və təhlükəsizliyi üçün xoş arzularını ifadə edib.

Baş nazir həmçinin vurğulayıb ki, zorakılıq demokratik cəmiyyətlərdə qəbuledilməzdir və qəti şəkildə pislənməlidir.

Jalə Rövşən 

TodayPress TV

tag: Vaşinqton,Donald Tramp ,Hücum ,Narendra Modi ,Todaypress.tv,