Trampın tədbirində atəş açan şəxs saxlanıldı

Dünya

26.04.2026 10:42

ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarını "Vaşinqton Hilton" hotelindəki qəbulu zamanı atışmada şübhəli bilinən şəxs saxlanılıb.

TodayPress TV  xəbər verir ki, onun saxlanılması görüntülərini ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində paylaşıb.

Görüntülərdə şübhəlinin əlləri arxasına qandallanmış vəziyyətdə yerdə uzanan kişi görünür.

Məlumata görə, şübhəli Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı müəllim Koul Tomas Allendir. O, həbs olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.

TodayPress TV

tag: Donald Tramp ,Hücum ,İnsident ,Koul Tomas Allen,Todaypress.tv,