Trampın səbəbinə “NATO xalqı” kef edir

Trampın səbəbinə “NATO xalqı” kef edir
02.07.2026 18:27 Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton NATO-ya digər üzv dövlətlərlə müqayisədə qat-qat çox maliyyə ayırır, lakin bunun qarşılığında heç bir fayda əldə etmir.

TodayPress TV xəbər verir ki, onun 2014-2025-ci illəri əhatə edən müdafiə xərclərinə istinadən qeydinə görə, ABŞ NATO üçün 999 milyard dollar xərcləyib. Böyük Britaniyanın xərcləri 90,5 milyard dollar, Fransanın 66,5 milyard dollar, İtaliyanın 48,8 milyard dollar, Polşanın isə 44,3 milyard dollar təşkil edib.

Trampın sözlərinə görə, digər NATO üzvləri, o cümlədən Almaniya, bundan xeyli az vəsait ayırır.

“ABŞ NATO-ya digər ölkələrdən qat-qat çox pul xərcləyir, onları qoruyur, amma bunun müqabilində heç bir fayda əldə etmir. ABŞ - 999 milyard dollar, Böyük Britaniya - 90,5 milyard dollar, Fransa - 66,5 milyard dollar, İtaliya - 48,8 milyard dollar, Polşa - 44,3 milyard dollar xərcləyib. Digərləri, o cümlədən Almaniya isə xeyli az vəsait ayırır. Bu, absurddur”, - deyə Donald Tramp bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər