"Trampın kreslosuna namizəd" artıq bəllidir? - "48!" mesajı Dallası silkələdi
Dallasda keçirilən Respublikaçıların qurultayının ikinci gecəsində vitse-prezident J.D Vens əsas çıxışçı kimi səhnəyə çıxıb.
TodayPress TV xəbər verir ki, "The Wall Street Journal"ın yazdığına görə, Vensin çıxışı sadəcə növbəti konfrans nitqi kimi qarşılanmayıb.
Nəşr qeyd edir ki, o, döyüş meydanı hesab olunan ştatlardan gələn nümayəndələrlə görüşlər keçirdi, donorlarla yüksək məbləğli ianə toplanması tədbirinə rəhbərlik etdi və qurultayın əsas vaxtında çıxış etdi.
Bütün bunlar onu 2028-ci il seçkilərinə hazırlaşan namizəd kimi göstərirdi.
Cümə axşamı etdiyi nitqdə Vens Demokratları ifratçı adlandırdı və uşaqlarının böyüyəcəyi Amerikanı necə görmək istədiyini izah etdi.
Müəllif vurğulayır ki, zal sakitləşən anlarda “48!” nidaları səsləndi.
Qeyd edək ki, Tramp 47-ci prezidentdir, növbəti isə 48-ci olacaq. Bu şüar zalda açıq şəkildə Vensin gələcək iddialarına işarə idi.
Bəzi respublikaçılar isə hələ də Marko Rubionu üstün tuturlar. Amma Dallasdakı bu gecə Vensin tərəfdarlarının sayının artdığını və onun partiyadaxili mövqeyinin möhkəmləndiyini göstərdi.
Çıxış coşqu ilə qarşılandı və 2028-ə doğru rəsmi start kimi yadda qaldı.
Jalə Rövşən