Trampın elçiləri Zelenski ilə görüşdü - TƏCİLİ
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə müharibənin dayandırılması istiqamətində diplomatik səylərin bərpasını müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə diplomatik danışıqların yenidən başlanması ilə bağlı mümkün təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.
Hələlik görüşün detalları və müzakirələrin nəticəsi barədə rəsmi açıqlama verilməyib.
Kübra Musayeva