Trampı fitə tutdular - ABŞ liderinin gərgin anları - VİDEO

Trampı fitə tutdular - ABŞ liderinin gərgin anları - VİDEO
09.06.2026 13:39 Dünya

ABŞ Prezidenti Donald Tramp NBA Finalının 3-cü oyununu izləmək üçün Madison Square Garden arenasına gəlib. Onun arenadakı görünüşü tamaşaçılar arasında fərqli reaksiyalar doğurub.

TodayPress TV xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Belə ki, ABŞ himni səsləndirilərkən Trampın görüntüsü böyük ekranda nümayiş etdirilib. Bu zaman tribunaların bir hissəsindən fit və istehza səsləri eşidilsə də, digər tamaşaçılar onu alqışlarla qarşılayıblar. Daha sonra kamera Jalen Brunsona yönəldikdə arenada alqışlar yüksəlib.

Məlumata görə, oyundan əvvəl də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi azarkeşlərin diqqətini çəkib. Bu səbəbdən arena yaxınlığında planlaşdırılan azarkeş tədbiri ləğv olunub ki, bu da bəzi fanatların narazılığına yol açıb.

Beləliklə, Trampın NBA Finalındakı iştirakı həm meydanda, həm də tribunada müzakirə mövzusuna çevrilib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər