Trampdan İrana son xəbərdarlıq: “Əgər bu addım atılsa, Tehran vurulacaq!

Trampdan İrana son xəbərdarlıq: “Əgər bu addım atılsa, Tehran vurulacaq!”
22.07.2026 18:21 Dünya

ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında mümkün hücumlarla bağlı sərt şəkildə xəbərdar edib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Tramp bildirib ki, İran bundan sonra Hörmüz boğazında hər hansı gəmiyə atəş açacağı təqdirdə, ABŞ cavab olaraq Tehranın yaxınlığında və ya şəhər daxilində yerləşən strateji obyektlərə, o cümlədən körpülərə və elektrik stansiyalarına zərbələr endirəcək.

ABŞ Prezidenti qeyd edib ki, belə bir hücum baş verərsə, adıçəkilən obyektlər məhv ediləcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər