Trampdan gözlənilməz qərar: İrana zərbələr son anda ləğv edildi
"Bu axşam üçün planlaşdırılan ABŞ-nin İrana qarşı zərbə və bombardmanları ləğv edilib".
TodayPress TV xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
O, açıqlamasında bütün tərəflərin müzakirələri, həmçinin yekun şərtlərin prinsipial və texniki detallarını təsdiqlədiyini qeyd edib.
Tramp bildirib ki, müqavilə tam şəkildə rəsmiləşənə qədər dəniz blokadası qüvvədə qalacaq.
ABŞ Prezidenti əlavə edib ki, sənədin imzalanma mərasiminin vaxtı və keçiriləcəyi yer yaxın vaxtlarda açıqlanacaq.