Trampa atəş açan şəxsin evində axtarış aparıldı
Dünya
26.04.2026 20:02
ABŞ hüquq-mühafizə orqanları prezident Donald Trampın iştirak etdiyi tədbir zamanı atəş açan şəxslə bağlı geniş araşdırmalara başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Polis həm Vaşinqton şəhərində şübhəlinin qaldığı otel otağında, həm də Los Angelesdə yerləşən evində axtarış aparıb.
Xatırladaq ki, hadisə aprelin 25-də baş verib. 31 yaşlı Kaliforniya sakini Kol Tomas Allen Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyinin keçirildiyi otelin qarşısında atəş açıb və daha sonra saxlanılıb.
ABŞ Baş prokuroru vəzifəsini icra edən Todd Blanş bildirib ki, istintaq çərçivəsində şübhəlinin telefonları və digər elektron cihazları yoxlanılır.
Hadisə fonunda III Çarlesin ABŞ-yə planlaşdırılan səfərinin proqramında dəyişikliklərin ola biləcəyi də qeyd olunur. Britaniya kralının baş verənlər barədə məlumatlandırıldığı və heç kimin xəsarət almadığını öyrəndikdən sonra rahatladığı bildirilib.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Axtarış,Prokuror,Todaypress.tv,
