Tramp: “Zərurət yaranarsa, ABŞ qoşunları İrana göndərilə bilər”

Tramp: “Zərurət yaranarsa, ABŞ qoşunları İrana göndərilə bilər”
06.03.2026 13:59 Dünya

ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə Amerika qoşunlarının İrana quru əməliyyatı üçün göndərilə biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Time” jurnalının yaydığı məlumatda bildirilir.

Nəşrin məlumatına görə, Tramp hesab edir ki, ABŞ-nin İrana qarşı hərbi kampaniyasının məqsədlərinə 4–5 həftə ərzində nail olmaq mümkündür. Bununla belə, o, quru qoşunlarının göndərilməsi ehtimalını tam istisna etmədiyini bildirib.

“Bununla bağlı heç bir vaxt məhdudiyyəti qoymamışam. Mən sadəcə məqsədlərə nail olmaq istəyirəm”, – deyə Tramp jurnalın sualını cavablandırarkən bildirib.

Eyni zamanda qeyd olunur ki, ABŞ hazırda belə bir addımdan yayınmağa çalışır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər