Tramp Zelenski ilə görüşdən öncə Putinlə danışdı

Dünya

28.12.2025 22:00

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının yaxşı və çox məhsuldar keçdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ prezidenti Donald Tramp da öz “Truth” hesabında rusiyalı həmkarı Vladimir Putinlə yaxşı və çox məhsuldar telefon danışığı apardığını bildirib.

"Mən indicə Rusiya prezidenti Vladimir Putinlə yaxşı və çox məhsuldar telefon danışığı apardım", -Tramp yazıb.

Amerika liderinin sözlərinə görə, telefon danışığı dekabrın 28-də planlaşdırılan Ukrayna Prezident Volodimir Zelenski ilə görüş ərəfəsində baş tutub.

Rusiya və ABŞ liderləri arasında telefon danışığı 16 oktyabrdan bəri ilk və ilin əvvəlindən bəri doqquzuncudur.

Tramp qeyd edib ki, sözügedən görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00) keçiriləcək.

O əlavə edib ki, Zelenski ilə görüş Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahının əsas yemək zalında və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutacaq.

TodayPress TV

tag: ABŞ,Tramp,Rusiya,Putin,Todaypress.tv,