Tramp Xamenei kimi birinin hakimiyyətə gəlməsini istəmir
ABŞ Prezidenti Donald Tramp öldürülmüş ali lider Əli Xamenei kimi birinin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün İran hökumətinin formalaşmasında iştirak etmək istəyir.
TodayPress TV-nin xəbərinə görə, bu barədə Donald Tramp "Time" jurnalına bildirib.
"İrandan xahiş edəcəyim şeylərdən biri yeni liderin seçilməsində onlarla birlikdə işləmək imkanıdır. Mən o niyyətdə deyiləm ki, bütün bunlardan keçim və nəticədə daha bir Xamenei əldə edim. Mən seçimdə iştirak etmək istəyirəm. Onlar seçim edə bilərlər, amma biz əmin olmalıyıq ki, bu, ABŞ-yə münasibətdə ağıllı insan olacaq", - deyə Tramp qeyd edib.
Xatırladaq ki, martın 4-də İran Ekspertlər Şurasının üzvü Mahmud Rəcəbi bu məşvərət orqanının ölkənin yeni ali liderinin seçilməsi prosesinə başladığını və son qərarın katiblik tərəfindən elan ediləcəyini açıqlayıb.