Tramp xalqa yeni müraciət etməyi planlaşdırmır

Tramp xalqa yeni müraciət etməyi planlaşdırmır
28.02.2026 17:18 Dünya

ABŞ Prezidenti Donald Trampın şənbə günü Vaşinqtonun İrana endirdiyi zərbələrlə bağlı xalqa yeni müraciət etməyi planlaşdırmadığı bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalının və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid sosial şəbəkə "X" platformasında paylaşım edib.

Ravid əvvəlki paylaşımını düzəldərək yazıb ki, hazırda Trampın şənbə günü əlavə müraciət etməsi gözlənilmir. O qeyd edib ki, daha əvvəl ABŞ Prezidentinin gecə saatlarında yayımladığı videomüraciətə əlavə olaraq səhər saatlarında yenidən xalqa müraciət edəcəyi barədə məlumat vermişdi.

Jurnalistin sözlərinə görə, son məlumatlara əsasən belə bir çıxış planlaşdırılmır və Trampın şənbə günü əlavə müraciəti gözlənilmir.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər