Tramp Venesuela ilə bütün təmasları dayandırdı

Tramp Venesuela ilə bütün təmasları dayandırdı
07.10.2025 12:52 Dünya

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə diplomatik əlaqələri kəsmək və xüsusi elçisi Riçard Qrenellə bütün təmasları dayandırmaq əmri verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Ağ Ev rəhbəri ABŞ-nin Venesueladakı narkotik kartelləri ilə “qeyri-beynəlxalq silahlı münaqişədə” olduğunu bəyan edib.

Xatırladaq ki, sentyabrda bölgəyə F-35 qırıcısı və bir sıra döyüş gəmiləri göndərilib. Venesuela da ABŞ-nin mümkün hərbi müdaxiləsinə qarşı Karib dənizi sahillərində zenit-raket kompleksləri yerləşdirir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər