Tramp Ukrayna münaqişəsinin həll olacağını açıqladı

Dünya

26.04.2026 22:34

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həll olunacağına ümid etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Fox News”a verdiyi müsahibədə deyib.

O qeyd edib ki, Vaşinqton bu istiqamətdə səylərini davam etdirir:

“Ümid edirəm ki, buna nail olacağıq”, – deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri həmçinin bildirib ki, Vladimir Putin ilə əlaqə saxlayır, lakin bu barədə detalları açıqlamaq istəmədiyini deyib. Onun sözlərinə görə, Ukrayna ilə bağlı prosesdə Volodymyr Zelenski ilə də təmaslar davam edir.

ABŞ Prezidenti əlavə edib ki, Rusiya–Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik səylər davam etdirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tramp,Ukrayna,Rusiya,Münaqişə,Todaypress.tv,