Tramp Uitkoff və Kuşnerin Pakistana səfərini ləğv etdi

Tramp Uitkoff və Kuşnerin Pakistana səfərini ləğv etdi
25.04.2026 20:03 Dünya

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və müşavir Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana getməyəcəklərini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə lider "Fox News"a müsahibəsində danışıb.

Tramp qeyd edib ki, ABŞ-nin İranla münaqişədə bütün üstünlüklərə sahib olduğu bir vaxtda, nümayəndə heyətinin Pakistana 18 saatlıq uçuş həyata keçirməsinə dəyməz.

Amerika lideri əlavə edib ki, iranlılar istədikləri vaxt ABŞ-yə zəng edə bilərlər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər