Tramp: “Tiktoku mən xilas etdim”

Tramp: “Tiktoku mən xilas etdim”
07.10.2025 16:31 Dünya

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Di Vens 2024-cü il seçkilərindən sonra ilk dəfə Tiktokda aktiv olublar.

TodayPress TV xəbər verir ki, Tramp paylaşdığı videoda “Ey Tiktokdakı gənclər, mən Tiktoku xilas etdim, buna görə siz mənə borclusunuz!” deyib.

O, gələcəkdə gənclərdən birinin də Ağ Evdə prezident ola biləcəyini vurğulayıb.

Vitse-prezident Vens isə bildirib ki, son aylarda Tiktokdan uzaq qalıb və bundan sonra platformada Ağ Evdəki yenilikləri paylaşacaq.

Xatırladaq ki, sentyabrın 25-də Tramp Tiktoka nəzarətin Amerika şirkətlərinə verilməsi barədə Sərəncam imzalayıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər