Tramp Si Cinpinlə telefon danışığı apardı

Dünya

04.02.2026 21:48

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı aparıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Ev lideri özünün “Truth Social” platformasında yazıb: 

“Çin sədri Si Cinpinlə gözəl bir telefon danışığım oldu. Bu, ticarət, hərbi məsələlər, aprel ayında Çinə səfərim (səbirsizliklə gözləyirəm), Tayvan, Rusiya ilə Ukrayna arasındakı müharibə, İran ətrafındakı mövcud vəziyyət, Çinin ABŞ-dən neft və qaz alması, Çinin əlavə kənd təsərrüfatı məhsulları idxalını nəzərdən keçirməsi, o cümlədən bu mövsüm soya alışını 20 milyon tona qədər artırması (növbəti mövsümdə 25 milyon tona çatdırmağı öhdələrinə götürüblər), təyyarə mühərriklərinin satışı və başqa mövzuları əhatə edən uzun və ətraflı bir söhbət idi. Hamısı çox müsbət idi”,- deyə o bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,Si Cinpin,Telefon,ABŞ,Todaypress.tv,