Tramp Si Cinpinlə görüşünü gözəl adlandırdı
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində Çin Dövlət Başçısı Si Cinpin ilə görüşünü "gözəl" adlandıraraq, bir çox mühüm qərarların qəbul edildiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Bu, gözəl görüş idi. Si Cinpin çox güclü bir ölkənin böyük lideridir", - deyə Tramp jurnalistlərlə danışarkən deyib.
Amerika lideri əlavə edib ki, görüşdə bir çox mühüm qərarlar qəbul edilib.
Aysel Mətləb