Tramp səhər saatlarında Alyaskaya uçacaq
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə görüş üçün Alyaskaya səfəri Vaşinqton vaxtı ilə 15 avqust səhəri planlaşdırılıb.
TodayPress TV xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, Ağ Evin açıqlamasında qeyd olunub:
“Sabah erkən saatlarda Tramp Ağ Evi tərk edərək Alyaskanın Ankoric şəhərindəki birgə hərbi bazamıza yollanacaq və orada prezident Putinlə şəxsi görüş keçirəcək”.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp 15 avqust, cümə günü Alyaskada görüşəcək. Görüşdə Ukrayna münaqişəsinin həlli variantları müzakirə olunacaq.
Qiymət Mahir