Tramp Rusiya, Çin və Şimali Koreyanı ittiham etdi

Dünya

03.11.2025 10:20

ABŞ Prezidenti Donald Tramp Rusiya, Şimali Koreya (KXDR), Çin, Pakistan və bir sıra digər ölkələri yeraltı nüvə sınaqlarını gizli şəkildə həyata keçirməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, bu barədə Tramp "CBS News" telekanalına müsahibəsində bildirib.

“Onlar bunun haqqında sizə danışmır. Bilirsiniz, bu nüvə silahları nə qədər güclü olsa da, dünya çox böyükdür. Onların sınaqları harada keçirdiyini bilmək vacib deyil. Onlar bunu yerin dərinliklərində edirlər, insanlar isə sadəcə kiçik bir titrəyiş hiss edir. Biz də sınaqlar keçirməliyik. Rusiya bir neçə gün əvvəl müəyyən səviyyədə yeni sınaqlar keçirəcəyini açıqlayaraq kiçik bir hədə meydana gətirdi. Biz də bunu edəcəyik”, - deyə Tramp qeyd edib.

Tramp, həmçinin KXDR və Pakistanın da analoji nüvə testləri həyata keçirdiyini iddia edib.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,Rusiya,Çin,Koreya,Todaypress.tv,