Dünyanı təşvişə salan nüvə bəyanatı: "Sizin bunu dəyişməyə gücünüz çatmaz!"
Koreya Xalq Demokratik Respublikası (KXDR) ölkəyə qarşı yönəlmiş və Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) tərəfindən “uydurulmuş” qətnamələri tanımadığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bunu KXDR lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Con deyib. Məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.
Kim Yo Conun sözlərinə görə, AEBA sentyabrın 17-də reallığı nəzərə almadan Şimali Koreyanın nüvə tədqiqatlarının qanuniliyini qəbul etməyərək “mənasız və səmərəsiz” qətnamə qəbul edib.
O bildirib ki, bu cür qətnamələr hər il ABŞ və digər Qərb ölkələrinin təhriki ilə hazırlanır. Kim Yo Con vurğulayıb ki, sonuncu sənəd KXDR-in nüvə dövləti statusunu dəyişməyəcək.
Kim Yo Con qeyd edib ki, onilliklər əvvəl AEBA-dan çıxmış KXDR-in nüvə fəaliyyəti agentliyin səlahiyyətlərinə daxil deyil və AEBA-nın bu fəaliyyətə müdaxilə etmək hüququ yoxdur.
KXDR rəsmisi AEBA-nı ikili standartlarda və qərəzlilikdə də ittiham edib. O, agentliyin ABŞ-nin nüvə silahlarının yayılması məsələsinə və Cənubi Koreyanın nüvə sualtı qayığı almaq planlarına toxunmadığını bildirib.
Qeyd edək ki, AEBA avqustun 28-də yayımladığı hesabata əsasən, agentlik KXDR-in nüvə infrastrukturunun daha da inkişaf etdirildiyini göstərən əlamətlər aşkarlayıb. Xüsusilə, Yonbyonda uranın zənginləşdirilməsi üçün yeni ikimərtəbəli obyekt müəyyən edilib.
Qiymət Mahir