Finlandiya səmasını bu qırıcılar qoruyacaq: İlk partiya gəldi
Finlandiya Hərbi Hava Qüvvələri ABŞ-dən sifariş etdiyi F-35A Lightning II qırıcılarının ilk partiyasını qəbul edib.
TodayPress TV xəbər verir ki, təyyarələr sentyabrın 18-də Rovaniemi şəhərində yerləşən Laplandiya Hava Komandanlığının bazasına enib.
Qeyd olunur ki, əvvəlcə Finlandiyaya üç qırıcının gətirilməsi planlaşdırılıb. Lakin təyyarələr ABŞ-dan Finlandiyaya daşınarkən onlardan biri Azor adalarında qalıb.
“Ilta-Sanomat” qəzeti üçüncü təyyarənin gecikməsinə texniki nasazlığın səbəb ola biləcəyini ehtimal edib. Lakin bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
“Iltalehti”nin məlumatına görə, Fort-Uort şəhərindəki zavodda yığılmış Finlandiya Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları Texasdan havaya qalxıb.
Finlandiya 2021-ci ildə ABŞ-nin “Lockheed Martin” şirkəti ilə 64 ədəd F-35A Lightning II qırıcısının alınmasına dair müqavilə imzalayıb. Yeni təyyarələr istismar müddəti başa yaxınlaşan F/A-18 “Hornet” qırıcılarını əvəz edəcək.
Qiymət Mahir