Rusiya üçün kabus ssenarisi: Ukrayna ballistik raketlər və 10 milyon dronla...

Rusiya üçün kabus ssenarisi: Ukrayna ballistik raketlər və 10 milyon dronla...
19.09.2026 16:20 Dünya

Ukrayna üçün ən böyük təhlükəsizlik zəmanətinin uzaqmənzilli silahlar olduğunu bildirilib.

TodayPress TV xəbər verir ki, bunu Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis “Ukrinform”a müsahibəsində deyib.

“Düşünürəm ki, Ukraynanın hazırda malik olduğu və gələcəkdə də sahib olacağı ən böyük təhlükəsizlik zəmanəti uzaqmənzilli pilotsuz uçuş aparatları, texnika və hazırda hazırlanmaqda olan ballistik raketlərdir”, – Landsberqis bildirib.

Onun sözlərinə görə, Ukrayna ildə bir neçə min dron istehsalından 10 milyon ədədə qədər istehsal səviyyəsinə çatıb.

Litvanın keçmiş xarici işlər naziri siyahıya ballistik raketlərlə yanaşı, “yaxşı tuşlama sistemləri, peyklər və digər vasitələrin” də əlavə edilməsinə çağırıb.

Qeyd edək ki, avqustun 24-də Böyük Britaniya hökumətinin saytında “istəklilər koalisiyası”na daxil olan ölkələrin liderlərinin birgə bəyanatı dərc olunub. Bəyanata əsasən, onlar Ukraynada çoxmillətli qüvvələr yerləşdirməyə hazırlaşırlar.

Bəyanatda qeyd olunub ki, kontingentlər döyüşlərin davamlı şəkildə dayandırılmasından sonra Rusiyanın qonşusu olan Ukraynaya göndəriləcək. Təşəbbüs Kiyev üçün daha geniş təhlükəsizlik zəmanətləri kompleksinin bir hissəsi kimi həyata keçirilməlidir.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlüyünü Avropa üçün təhlükəsizlik zəmanəti adlandırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər