Tramp Qrenlandiya üzərində ABŞ bayrağı əks olunan görüntü paylaşdı

Tramp Qrenlandiya üzərində ABŞ bayrağı əks olunan görüntü paylaşdı
20.01.2026 16:02 Dünya

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində dalğalanan ABŞ bayrağının əks olunduğu görüntünü paylaşıb.

TodayPress TV xəbər verir ki, yayımlanan fotoda Donald Tramp, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio Qrenlandiyada ABŞ bayrağını quraşdırarkən təsvir olunub.

Həmçinin şəkildə “Qrenlandiya – ABŞ ərazisi – 2026-cı ildən” (“Greenland – US Territory – EST. 2026”) yazısı da yer alıb.

Bundan əlavə, Donald Tramp Qrenlandiyanın ABŞ bayrağının rənglərində hazırlanmış xəritəsini də paylaşaraq diqqət çəkib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər