Sabah Yasamalın bu küçələrində qaz təchizatında fasilə olacaq
Sentyabrın 15-də Yasamal rayonunun 8 küçəsində qaz təchizatında qısamüddətli fasilə olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, sabah saat 10:00-dan işlər yəkunlaşanadək təmir-quraşdırma işləri ilə əlaqədar Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.