Tramp Qazaxıstana gedəcək? - Toqayevdən ABŞ liderinə rəsmi dəvət

Tramp Qazaxıstana gedəcək? - Toqayevdən ABŞ liderinə rəsmi dəvət
12.09.2026 21:19 Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Toqayev ABŞ lideri Donald Trampa respublikaya səfər etmək dəvətini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti onun Yeni Dehlidə keçirilən BRİKS sammiti çərçivəsində ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serdio Qor ilə görüşünün yekunlarına dair məlumat verib.

Söhbətin əvvəlində Qor Trampın Qazaxıstanın Müstəqilliyinin 35 illiyi ərəfəsində Toqayevə təbrik məzmunlu şəxsi məktubunu təqdim edib:

"Dövlət başçısı ABŞ Prezidentinə səmimi arzularına görə təşəkkür edib, həmçinin amerikalı liderə Qazaxıstana səfər etmək dəvətini təsdiqləyib".

Bununla yanaşı, Toqayev dekabrda Mayamidə keçiriləcək G20 sammitində iştirak etməyə hazırlaşdığını təsdiqləyib:

"Düşünürəm ki, bu da ikitərəfli gündəlikdəki məsələləri müzakirə etmək üçün yaxşı imkan olacaq. Biz gözəl sözlərə deyil, qarşılıqlı əməkdaşlığımızı irəlilətmək üçün konkret işlərə və praktiki addımlara üstünlük veririk".

Aysel Mətləb

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər