Millimiz Avropa çempionatında Ukraynaya qalib gəldi - FOTO
Qadınlardan ibarət 3x3 basketbol milli komandamız Belçikanın Antverpen şəhərində keçirilən Avropa Çempionatında mübarizəyə başlayıb.
TodayPress TV xəbər verir ki, millimiz ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, ikinci görüşündə Ukrayna seçməsinə 20:7 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Ukrayna üzərində qazanılmış qələbədən sonra millimiz 1/4 final şanslarını artırıb.
Qrupun son oyunu Niderland və Ukrayna komandaları arasında baş tutacaq.
