Paytaxtda "nəqliyyat canavarı" həbs edildi

Paytaxtda "nəqliyyat canavarı" həbs edildi
12.09.2026 16:55 Hadisə

Paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Şamil Qasımov saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.



XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər