Çin-Hindistan münasibətləri yeni başlanğıcdan yeni yüksəlişə - Ölkələr arasında buzlar əriyir
Çin-Hindistan əməkdaşlığının təşviqi mexanizmləri tədricən bərpa olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS-in 18-ci sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə bildirib.
"Çin Çin-Hindistan münasibətlərinə dəyişməz olaraq strateji hündürlükdən, uzunmüddətli perspektivdə baxır və onları inkişaf etdirir. Son iki ildə mən sizinlə iki dəfə görüşmüşəm və biz iki ölkə arasındakı münasibətlərin yeni başlanğıcdan yeni yüksəlişə keçməsinə nail olmuşuq", - deyə lider vurğulayıb.
Sədrin sözlərinə görə, Çin və Hindistan arasında qarşılıqlı fəaliyyət mexanizmləri tədricən bərpa olunur, əməkdaşlıq istiqamətlərinin siyahısı daim genişlənir, ikitərəfli ticarətin həcmi isə yenidən rekord yeniləyib. O hesab edir ki, belə bir vəziyyət asanlıqla əldə olunmayıb və qorunub saxlanılmağa layiqdir.
Aysel Mətləb