Azərbaycan təmsilçisi "Sea Breeze 2026" beynəlxalq turnirində finala yüksəldi
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində növbəti yarımfinal matçı baş tutub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi "Elit polo club" Böyük Britaniyanın "Red Star" komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan klubunun 9:7 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, günün ilk yarımfinal görüşündə İsveçrə təmsilçisi "Sankt Mortiz" Rusiyanın "Moscow polo club" komandasını 6:4 hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan təmsilçisi sabah finalda "Sankt Mortiz"lə qarşılaşacaq. Böyük Britaniya və Rusiya komandaları isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.