Premyer Liqa: "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə etdi

Premyer Liqa: "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə etdi
12.09.2026 22:00 İdman

Azərbaycan Premyer Liqasının V turunda "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə edib.

TodayPress TV xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 25-ci dəqiqədə Jeam Oliveyra fərqlənib. "Şamaxı"dan isə Edqar Adilxanov 54-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Sumqayıt" 1 xalla 11-ci pillədə qərarlaşıb. 6 xala malik "Şamaxı" isə 7-ci yerdədir.

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" isə "Qəbələ"ni məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər